"Sabah" iki itki ilə üzləşdi

17:04 3 Mart 2019

"Sabah" iki futbolçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, Rəşad Eyubov və Novruz Məmmədov cəzalı duruma düşüb.

 

Rəşad "Neftçi" ilə matçın 25-ci dəqiqəsində hakimin qərarına etiraza, Novruz isə 44-cü dəqiqədə qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Hər iki futbolçu limiti doldurub və XX turun "Keşlə" ilə oyununda iştirak hüquqlarını itiriblər.

 

Qeyd edək ki, qış fasiləsində "Neftçi"dən "Sabah"a keçən Eyubov meydana çıxdığı 5 matçda 4 sarı vərəqə alıb.


Xəbər xətti