"Mançester Siti" fransalı müdafiəçi ilə müqavilə imzaladı

22:00 3 Mart 2019

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti"nin fransalı müdafiəçisi Eliakum Manqala yeni müqaviləyə imza atıb.

 

Sportarena.az xəbər verir ki, futbolçu hazırkı komandası ilə olan müqaviləsini 1 il də uzadıb.Karyerasına Belçikanın “Standard Liq” komandasında başlayan 28 yaşlı futbolçu “Porto”da sərgilədiyi performansdan sonra 2014-cü ildə şəhərlilərin komandasına transfer olunmuşdu.


Xəbər xətti