"Bavariya"nın ulduzu Türkiyə klubuna keçir - 4 milyon avroya...

22:20 3 Mart 2019

“Bavariya”nın əfsanəsi Frank Riberi Türkiyə klubuna keçmək istəyir.

 

Sportarena.az xəbər verir ki, alman klubu ilə müqaviləsini yeniləmək niyyətində olmayan ulduz İstanbul təmsilçisi “Qalatasaray”a meneceri vasitəsilə xəbər yollayıb.Ərəbistan və Çindən gələn təklifləri birmənalı şəkildə rədd edən Riberi “Qalatasaray”da yarımçıq qalan hekayəsini tamamlamaq istədiyini deyib.

 

“Sarı-qırmızı” klubun idarə heyəti isə təklifin hələ dəyərləndirilmədiyini bildirib. Fransalı futbolçunun yaşı (35) və illik 4 milyon avroya çatan maliyyəsindən dolayı transferinə isti yanaşılmır.

 

Qeyd edək ki, Riberi 2005-ci ildə "Qalatasaray" forması geyinib. 2007-ci ildən bəri isə "Bavariya"nın şərəfini qoruyur.


Xəbər xətti