Azərbaycan atleti Avropa çempionu oldu

12:06 4 Mart 2019

Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərində keçirilən 35-ci qış Avropa çempionatında qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, idmançımız üç təkanla tullanma yarışında birincilik əldə edib. 22 yaşlı idmançı finalda 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

 

Yarışda ikinci yeri portuqaliyalı olimpiya çempionu Nelson Evoranı, üçüncü yeri isə almaniyalı Maks Heb tutub.

 

Qeyd edək ki, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.


Digər xəbərlər

Xəbər xətti