Qurban Qurbanov: "Nikola Yurçeviçə bildirdim ki…"

13:35 4 Mart 2019

"Tovuzda futbol akademiyası və VAR sistemi ilə maraqlanıldı. Bir az pozitiv fikirlər oldu. Bəzi xırda məsələlər də müzakirə olundu".

 

Sportarena.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun komitənin iclasından sonra deyib.

 

O, konfransda milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçlə söhbətindən də danışıb: "Yurçeviçlə qısa olaraq bəzi futbolçulardan söhbət elədik və kluba gəlmək istədi. 3-cü ya 4-cü günü bazamıza gəlib futbolçularla görüşmək istədiyini bildirdi və mən də bildirdim ki, mən tərəfdən hansısa köməklik lazım olsa, hazıram. Mənim tərəfimdən nə lazım olsa, hər zaman dəstək verməyə hazıram. Söhbətimiz çox normal keçdi. Bir daha bizim komandaya olan simpatiyasını göstərdi, həm də çox açıq söhbətimiz oldu. Məncə, burada qeyri-adi bir şey yoxdu. Hər bir halda, bizim borcumuzdu ki, bacardığımız qədər milli komandaya , futbolumuza kömək edək”.


Xəbər xətti