Xorvatiyanın millimizlə oyun üçün heyəti açıqlandı

15:25 4 Mart 2019

Xorvatiya milli komandasının Azərbaycan və Macarıstan yığmaları ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib. Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi və 6-si hücumçudu. 24 futbolçudan 21-i xarici çempionatlarda çıxış edir. 

 

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Riyeka").

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Marin Leovats ("Dinamo" Zaqreb), Antonio Miliç ("Anderlext", Belçika), Duye Çaleta-Tsar ("Marsel", Fransa).

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya)

Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Marko Pyatsa ("Fiorentina", İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya), Yosip Berkalo ("Volfsburq", Almaniya).

 

Qapıçı Yosip Posavets ("Hayduk"), müdafiəçilər - Karlo Bartolets ("Norşellann"), Marin Ponqraçiç ("Zaltsburq", Avstriya) və hücumçu Bruno Petkoviç ("Dinamo" Zaqreb) isə ehtiyat oyunçu qismində nəzərdə tutulublar. 

 

Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla qarşılaşma isə martın 24-də Budapeştdəki "Groupama Arena"da keçiriləcək. 


Xəbər xətti