Azərbaycanda futbola pul xərcləyən şirkətlər vergidən azad olunacaq - SON DURUM

15:37 4 Mart 2019

Apreldə təşkil olunacağı planlaşdırılan vergilərlə bağlı konfransa xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri də qatılacaq.

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.Baş katibin sözlərinə görə, konfransa UEFA nümayəndəsi də dəvət olunacaq.
 

E. Məmmədov Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: "Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".


Digər xəbərlər

Xəbər xətti