"Keşlə"nin 50-ci ev məğlubiyyəti

Sportarena.az      4 Mart 2018, 16:50

"Keşlə” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının XIX turuna təsadüf edib. "ASK Arena”da "Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub.

 

1999-cu ildən güclülər dəstəsində çıxış edən, bu müddətdə "Xəzər Universiteti” və "İnter” adları ilə də mübarizə aparan Bakı klubu ümumilikdə 269-cu dəfə öz meydanında qüvvəsini sınayıb. Bu görüşlərdə 50 məğlubiyyət alan "Keşlə”nin hesabında 153 qələbə və 66 heç-heçə də var.

 

Qeyd edək ki, "Keşlə” çempionatın tarixində öz meydanında 50 və daha çox məğlubiyyət alan 10-cu komandadır. Evdə ən çox uduzan isə "Turan”dır – 78 məğlubiyyət.

 

Keşlə (Bakı) 269  153  66  50  394-188  +206

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin