"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

13:19 5 Mart 2019

Premyer Liqanın 20-ci turunda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" oyuna itkilərlə çıxacaq. Komandanın yarımmüdafiəçisi Soni Mustivarla müdafiəçisi Məhəmməd Mirzəbəyov 19-cu turda "Sabah"la görüşdə (3:0) cəzalı duruma düşüblər. Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün səfər matçında iştirak etməyəcək.

 

Bundan əlavə, paytaxt klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev də zədəlidir.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü martın 10-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti