AFFA "Neftçi"ni cərimələdi

13:57 5 Mart 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Premyer Liqanın 19-cu turunun "Neftçi” – "Sabah” matçında "Neftçi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 84-cü dəqiqəsində "Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti