AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirildi

16:40 5 Mart 2019

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə UEFA nümayəndələri Qraham Piker və Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Topaz Premyer Liqası və I divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər.

 

UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb, FIFA və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.


Xəbər xətti