"Bavariya"da yeni müqavilə

12:07 6 Mart 2019

"Bavariya” futbolçusu Serj Qnabrinin müqaviləsinin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi 23 yaşlı hücumçuyla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2017-ci ildən "Bavariya”da çıxış edən Qnabrinin Münhen təmsilçisiylə 2020-ci ilə qədər müqaviləsi var idi.

 

Almaniya millisinin də formasını geyinən Qnabri, bu mövsüm Bundesliqada 21 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbər xətti