Eks-arvadının 50 min aliment istəməsi məşhur futbolçunu özündən çıxardı

12:26 6 Mart 2019

Türkiyəli futbolçu Caner Erkin arvadı Asena Atalaydan qalmaqallı şəkildə boşanmışdı.

 

Sportarena.az xəbər verir ki, o, ayda bu evlilikdən dünyaya gələn oğlu üçün 10 min lirə pul ödəyirdi. Lakin bu aliment Asenanı qane etməyib. O, məhkəməyə müraciət edərək, aliment pulunun 50 min lirəyə qaldırılmasını tələb edib.

 

Caner isə sosial media hesabında açıqlama yayaraq oğlu üçün tələb olunan 50 min lirə alimentin absurd rəqəm olduğunu bildirib:

“Eks-həyat yoldaşıma boşandığım ilk gündən bugünədək oğlum Çinara görə susdum.Ancaq hər kəs elə bildi ki, qarşı tərəf haqlıdır deyə susuram. Oğlumun doğulan gündən indiyədək bütün xərclərini özüm çəkmişəm və çəkməyə davam edirəm. Ondan heç nəyi əsirgəməmişəm. Boşandığım xanımın bütün ailəsinə sahib çıxmışam. Bu gün sahib olduqları maddi və mənəvi hər şeyə görə mənə borclu olduqlarını bildikləri halda, məni məhkəməyə verərək, 50 min lirə aliment istəyirlər. 
 

7 yaşlı uşağa ayda 50 min lirə alimentin istənilməsinin düzgün olub-olmamağını sizin deməyinizi istəyirəm. Sözügedən xanıma ayda 10 min lirə aliment ödəyirəm. Gənc və sağlam biri olaraq çalışıb pul qazanmağını tövsiyyə edirəm. İnanıram ki, mənim yaxamdan əl çəkəcək. Heç kim oğlumdan istifadə edərək, məndən mənfəət əldə etməyə çalışmasın”.

 

Qeyd edək ki, Caner Erkin ikinci dəfə aktrisa Şükran Ovalı ilə ailə həyatı qurub.



Xəbər xətti