Superliqa klubu "Qarabağ"ın hücumçusunu istəyir

11:23 7 Mart 2019

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı yerli adıçəkilən ölkənin “Sport Time” nəşri yayıb.

 

Qeyd edilir ki, forvard AEK klubunun maraq dairəsindədir. Hətta futbolçu ilə qış “transfer pəncərəsi” dönəmində danışıqlar olub. Lakin yunanlar onun keçidini yay fasiləsinə qədər təxirə salıblar. Yenidən danışıqlar isə mövsüm başa çatdıqdan sonra start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti