"Səbail"in 1 illik "Qəbələ" sindromu

12:20 7 Mart 2019

Bu həftə Topaz Premyer Liqasında XX turun qarşılaşmaları baş tutacaq.

 

Sportarena.az "Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, komanda öz meydanında "Səbail”i qəbul edəcək.

 

Bu, tərəflərin cari mövsümdə 3-cü dueli olacaq. Mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən "qırmızı-qaralar” qış fasiləsi öncəsi qolsuz heç-heçəylə kifayətlənmişdi. Ümumilikdə isə qarşıdakı oyun rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçda üstünlük "Qəbələ”nin tərəfindədi. 5 qələbə qazanan "qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 16:7. Keçirilən qarşılaşmalarda Baqali Dabo hamıdan çox - 6, Famussa Kone 3 qol vurub.

 

Premyer Liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan "Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. "Qırmızı-qaralar”top fərqində də öndədi - 11:5.

 

Bakı klubunu 5-ci dəfə qəbul edəcək "Qəbələ” 4 ev oyununun hamısında qol sevinci yaşayıb. 3 qələbə qazanıb, 1 heç-heçə edən "qırmızı-qaralar” rəqib qapısına 8 top vurub, 2-ni buraxıb.

 

 

Qeyd edək ki, XX turun "Qəbələ” – "Səbail” görüşü martın 10-da keçiriləcək.

 

 

2017/18 mövsümü

 

 

17.09.2017. Premyer Liqa. "Səbail” – "Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

 

 

04.11.2017. Premyer Liqa. "Qəbələ” – "Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

 

 

11.12.2017. Azərbaycan kuboku. "Qəbələ” – "Səbail” – 1:0

Stiven Monroz, 59

 

 

15.12.2017. Azərbaycan kuboku. "Səbail” – "Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

 

 

24.02.2018. Premyer Liqa. "Səbail” – "Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

 

 

15.04.2018. Premyer Liqa. "Qəbələ” – "Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

 

2018/19 mövsümü

 

 

12.08.2018. Premyer Liqa. "Qəbələ” – "Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

 

 

09.12.2018. Premyer Liqa. "Səbail” – "Qəbələ” – 0:0


Xəbər xətti