Milliyə görə Premyer Liqada 2 oyunun vaxtı dəyişdirildi

20:15 7 Mart 2019

Topaz Premyer Liqasının XXI turunda keçiriləcək iki oyunun vaxtı dəyişdirilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, millimizin Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunu və Litva ilə yoldaşlıq matçı təqvimin dəyişdirilməsinə səbəb olub.

 

Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində "Səbail” - "Qarabağ” və "Zirə” - "Keşlə” matçları keçirilməsi nəzərdə tutulmuşdu. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün "Səbail” - "Qarabağ” və "Zirə” - "Keşlə” matçları 15 mart tarixinə keçirilib.

 

XXI turun təqdvimi belədi: 

 

15 mart

"Sabah” – "Sumqayıt”

"Əlincə Arena”, 16:00

 

"Zirə” – "Keşlə”

Zirə İdman Kompleksinin stadionu, 16:00

 

"Səbail” – "Qarabağ”

"Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)

 

"Neftçi” – "Qəbələ”

"Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)


Digər xəbərlər

Xəbər xətti