Vaqif Cavadov: "İki uşağım var, az pula legioner həyatı yaşayan deyiləm"

11:58 8 Mart 2019

“Allah bütün balaları saxlasın, mənim də iki övladım var və cüzi pula görə onları qoyub xaricə gedə bilmərəm”.


Sportarena.az xəbər verir ki, bu sözləri millinin sabiq üzvü Vaqif Cavadov deyib. Qış fastləsində “Keşlə”dən qalmaqalla ayrılan yarımmüdafiəçi bildirib ki, keçmiş klubu ilə problemi yoluna qoyub və hazırda agent statusu daşıyır:

 

“Yaxınlarda bir neçə yüngülvari təklif gəlmişdi. Ona görə ölkə xaricinə çıxmağa dəyməzdi, mən də imtina etdim.İndi başqa variantlar var. Yaxın 3-4 gündə bir qərar verəcəm. Konkret deyə bilmərəm ki, hansı ölkələrdən təkliflərim var.Təbii ki, söhbət hazırda “transfer pəncərəsi” açıq olan və çempionatı yeni başlayan ölkələrdən gedir. Onlarla danışıqlarım bitmək üzrədi.

 

29 yaşım var və hələ bir neçə il rahat oynaya bilərəm. “Keşlə” ilə heç bir problemim yoxdu, hamısı həll olundu.Vəziyyətə baxacam, lazım gəlsə, yayadək gözləyəcəm. Azərbaycanın özündən təklifim yoxdu”. (sportinfo)


Xəbər xətti