Emin Mahmudov ən yaxşı futbolçu seçildi

18:50 8 Mart 2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov turun ən yaxşı futbolçusu seçilib.

 

“Sabah” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.


Xəbər xətti