“Barselona”dan ayrıldı, İnyestanın yanına getdi

18:32 8 Mart 2019

“Barselona” ilə yollarını ayıran Serji Samper Yaponiyanın “Vissel Kobe” klubuna keçib.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilin yanvarına qədər müqavilə imzalanıb.“Barselona” akademiyasında yetişən Samper əsasən klubun B komandasında çıxış edib. Onunla professional müqavilə imzalandıqdan sonra 3 mövsüm ərzində əsas heyətdə cəmi 13 dəfə meydana çıxıb.

 

Qeyd edək ki, “Vissel Kobe” klubunda “Barselona”nın sabiq üzvü Andres İnyesta da forma geyinir.


Digər xəbərlər

Xəbər xətti