"Qarabağ"ın futbolçusu ABŞ klubuna transfer olunur? - SON DURUM

18:03 8 Mart 2019

"Qarabağ"ın futbolçusu Ansi Aqolli ABŞ klubuna transfer olunur.

 

Sportarena.az "SportNews"a istinadən xəbər verir ki, alban futbolçu Şimal Futbol Liqasında çıxış edən "Nyu York Kosmos"la danışıqlar aparır.

 

Tərəflər artıq böyük ölçüdə anlaşıb və müqavilə hər an imzalana bilər. Bu anlaşma baş tutsa, Aqolli 9 ildi oynadığı "Qarabağ"ı tərk edəcək.

 

Alban futbolçunun ABŞ-ı seçməsinə səbəb ailəsi olub. Belə ki, futbolçunun həyat yoldaşı və övladları uzun müddətdi okeanın o tayında yaşayır.

 

"Nyu York Kosmos" klubu 1970-ci ildə fəaliyyətə başlayıb. Klub Əhməd və Nesuhi Ertegün adlı türk qardaşlar və Varner Bros adlı amerikalı tərəfindən yaradılıb. "Nyu York Kosmos"da Pele, Frans Bekkenbauer və milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torres kimi dünya ulduzları çıxış edib. 

 

Qeyd edək ki, Aqolli 2012-ci ildə Ukraynanın "Krivbass" klubundan "Qarabağ"a transfer olunub. O, indiyədək 5 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub.


Xəbər xətti