Emil Balayev Qazaxıstanda debüt etdi, komandası qələbə qazandı

17:14 9 Mart 2019

Qazaxıstan Premyer Liqasında yeni mövsüm start götürüb.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "İrtış"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

 

Qış fasiləsində "Səbail"dən Qazaxıstan klubuna keçən 24 yaşlı əlcək sahibi "Tobol"da rəsmi debüt edib. Balayev oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti