Samir Abasov: "Ən yaxşılardan biri yox, ən yaxşısı olacağıq"

20:55 9 Mart 2019

"Əsas odu ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XX turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

 

Mütəxəssis bildirib ki, futbolçuların təkbətək oyunlarda rəqibə qarşı mübarizə aparmaları vacib idi. O, ilk hissədə rəqibi üstələdiklərini vurğulayıb: "Futbolçuların təkbətək mübarizələrdə özlərini necə göstərmələri vacib idi. İlk hissədə bu, super idi, rəqibi üstələdik. İkinci hissədə rəqibin təzyiqindən sonra "oturmalı" olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik".

 

"Yaxşı nəticədi. Bu cür oyunlar bizim üçün faydalıdı. Görəcək işlər çoxdu. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşı olacağıq" deyə Abasov əlavə edib.


Digər xəbərlər

Xəbər xətti