Ramil Şeydayev: "Qol vurmağa davam edəcəm"

21:17 9 Mart 2019

"Top mənə tərəf sıçradı və zərbə vurdum. Samariç məndən qabaq vura bilərdi, amma belə alındı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev "Yenisey"lə oyunda vurduğu qoldan danışarkən deyib.Samara təmsilçisinin 4:0 hesablı qələbə qazandığı oyunun 80-ci dəqiqəsndə meydana çıxar millimizin üzvü bir dəqiqə sonra fərqlənib. Bu onun ardıcıl ikinci oyunda ikinci qolu olub.

 

Ramil uğurlu çıxışın davamlı olacağına inandığını bildirib: "Ümid edirəm ki, yaxşı seriya başlatmışam və qol vurmağa davam edəcəm. Şadam ki, bu gün fərqləndim və komandam da qalib gəldi. İndi komanda olaraq bizə daha asan olacaq, çünki özünəinam qazanmışıq. İki oyunda 4 xal qazanmışıq və getdikcə daha yaxşı işlər görəcəyik”.

 

Moskva "Lokomotiv"i ilə oyunda uğurlu çıxışla diqqəti çəkən və komandasını məğlubiyyətdən xila edən futbolçu bu günkü oyuna ehtiyatda başlamasına görə narahat deyil: "Bu, məşqçinin qərarıdı və hörmət eləmək lazımdı. Əsas məsələ bundan ruhlanmaq və daha çox işləmək lazımdı".


Digər xəbərlər

Xəbər xətti