Qurban Qurbanov təsdiqlədi: Ansi Aqolli ABŞ klubu ilə danışıqlar aparır

21:31 9 Mart 2019

Qurban Qurbanov Ansi Aqollinin ABŞ-dan təklif alması xəbərini təsdiq edib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis bu barədə "Zirə" ilə oyundan (0:0) sonra danışıb.Qurbanov "Ansi Aqolli azarkeşlərlə vidalaşdı. O, martın 15-dəli matça qalmayacaq" sualına belə cavab verib: "Bəli, ona təklif var. ABŞ-dan təklif gəlməsi düzdü. Ansinin ailəsi ABŞ-da yaşayır. Bur aya yaxındı danışıqlar gedir. Aqolli hamızın sevimlisidi. Çox istərdim ki, gələcək həyatını istədiyi kimi qursun. Hələ rəhbərliklə danışılmayıb, qərar verilməyib. Mənimlə dialoqu olub. Onunla bağlı qərar martın 15-də sonra olacaq".

 

Qeyd edək ki, Aqolli ABŞ-ın Şimal Futbol Liqasında çıxış edən "Nyu York Kosmos" klubu danışıqlar aparır. Məlumata görə, tərəflər artıq böyük ölçüdə anlaşıb və alban futbolçu hər an müqavilə imzalaya bilər. Bu anlaşma baş tutsa, Aqolli 9 ildi oynadığı "Qarabağ"ı tərk edəcək.

 

Alban futbolçunun ABŞ-ı seçməsinə səbəb ailəsi olub. Belə ki, futbolçunun həyat yoldaşı və övladları uzun müddətdi okeanın o tayında yaşayır.

 

"Nyu York Kosmos" klubu 1970-ci ildə fəaliyyətə başlayıb. Klub Əhməd və Nesuhi Ertegün adlı türk qardaşlar və Varner Bros adlı amerikalı tərəfindən yaradılıb. "Nyu York Kosmos"da Pele, Frans Bekkenbauer və milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torres kimi dünya ulduzları çıxış edib. 


Xəbər xətti