Şahmat üzrə millimizdən DÇ-də ilk qələbə

22:45 9 Mart 2019

Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında V turun oyununda Azərbaycan yığması ilk qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar.

 

Rauf Məmmədov və Qədir Hüseynov isə rəqibləri ilə heç-heçə oynayıblar. 


Digər xəbərlər

Xəbər xətti