Məşhur müğənni 4-cü dəfə ərə gedir: Sənətçi beysbolçu ilə nişanlandı - FOTOLAR

15:25 10 Mart 2019

Dünyaca məşhur müğənni Cennifer Lopez sevgilisi, beysbolçu Aleks Rodrigeslə münasibətlərini rəsmiləşdirməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, 49 yaşlı müğənni sevgilisinin ona aldığı nişan üzüyünü sosial media hesabından paylaşıb. 15 karata yaxın olan üzüyün qiymətinin 1 milyon dollar dəyərində olduğu bildirilir.

 

Qeyd edək ki, nikah baş tutsa bu Cennifer Lopezin 4-cü evliliyi olacaq.

  



Xəbər xətti