Milli üzvü oynadı, komandası yenildi

19:43 10 Mart 2019

İspaniya SequndasındaXXIX turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" turu səfərdə keçirib.

 

Bu gün baş tutan ilk qarşılaşmada komanda "Rayo Mayadahonda"nın qonağı olub. Hər hissənin sonlarında bir dəfə fərqlənən "Rayo Mayadahonda" görüşdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. Eddi isə 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

29 tura 42 xal yığan "Alkorkon" 10-cu pilləsində mövqe tutub.


Digər xəbərlər

Xəbər xətti