“Valyadolid” – “Real” oyununda VAR qalmaqalı - FOTOFAKT

13:31 11 Mart 2019

İspaniya La-Liqasının 27-ci turunda keçirilən “Valyadolid” – “Real” (1:4) matçı VAR qalmaqalı ilə gündəmə gəlib.  

 

Sportarena.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri 2 dəfə hesabı açsa da, hakim qolları qeydə almayıb.“Valyadolid”in ilk qolu zamanı əvvəlcə hakim meydanın mərkəzini göstərsə də, sonradan qərarını ləğv edib. Qərarın VAR sisteminə baxan hakimlər tərəfindən ləğv edildiyi deyilib. Həmin vaxt kameralar VAR sistemi qurulan otağa yönəlib. Lakin VAR otağında heç bir hakimin olmaması qalmaqala səbəb olub.

 

Əgər VAR otağında heç bir hakim olmayıbsa, qolun necə ləğv edildiyi hələ də müzakirə olunur. 



Digər xəbərlər

Xəbər xətti