"Qarabağ"ın 75-ci ev heç-heçəsi

14:21 11 Mart 2019

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə görüşü “Qarabağ” üçün yubileylə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb. 1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib.

 

“Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə “Neftçi”dir. Bakılılar evdə 83 sülhə imza atıblar.


Digər xəbərlər

Xəbər xətti