"Qalatasaray"dan qol şousu - VİDEO

00:30 12 Mart 2019

Türkiyə Super Liqasında XXV tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə "Qalatasaray" "Antalyaspor"u qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. "Qalatasaray"ın heyətində Henri Onyekuru dubl edib, Sofiane Fequli, Badou Ndiaye və Mbaye Dianye bir qol vurub. 

 

Qeyd edək ki, 25 turdan sonra "Başakşəhər" 57 xalla turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" 49 xalla 2-ci, "Beşiktaş" 44 xalla 3-cüdü.

 

 


Xəbər xətti