U-16 Liqası: "Viləş" qalib gəldi

11:29 12 Mart 2019

U-16 Liqasında 20-ci turdan təxirə salınmış «Viləş» - İsgəndər Cavadov BFA matçı keçirilib. Masallıda Anatoli Banişevski adına stadionda baş tutan oyunda «Viləş» 1:0 hesabı ilə qalib gəlib. Masallıların heyətində yeganə qolu Bəhmən İbadov vurub. 

 

«Viləş»in baş məşqçisi Kənan Seyfullayev rəqibdən Məmməd Məmmədov və Nail Xeyrullinin, İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev isə meydan sahiblərindən Samir Əliyevin oyunun bəyəndiyini söylədi.

 

Qələbə sayəsində «Viləş» bu günkü rəqibi ilə xallarının sayını eyniləşdirib. Buna baxmayaraq, şəxsi oyunlardakı nəticələrə görə «Viləş» İsgəndər Cavadov BFA-nın 11-ci pillədəki yerini ələ keçirib. Xatırladaq ki, bu komandaların 1-ci dövrədə Bakıda keçirilən oyununda qolsuz heç-heçə qeydə alınmışdı.

 

U-16 Liqasında 22-ci turun oyunları martın 14-də keçiriləcək: «Keşlə» - «Turan Tovuz», «Sumqayıt» - «Səbail», «Zirə» - «Sabah», «Qəbələ» - «Neftçi» İK İB, ROİL - İsgəndər Cavadov BFA, «Neftçi» - «Viləş», Gəncə TİM – «Qarabağ».

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 26 qol, Mehraç Baxışəliyev («Qəbələ») – 25 qol, Vaqif Həsənov («Keşlə»), Arif Məmmədov («Səbail») – 18 qol.

 

«Het-trik news» qəzeti



Xəbər xətti