Çempionlar Liqası:“Yuventus” möcüzəni gerçəkləşdirdi, almanlar biabır oldu - YENİLƏNİB

02:00 13 Mart 2019

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib. 

 

Sportarena.az xəbər verir ki, oyunlar Turində və Mançesterdə baş tutub.Səfərdə "Atletiko”ya 0:2 hesabı ilə uduzan "Yuventus” doğma meydanda yenilginin əvəzini çıxmağa çalışıb. Günün digər matçında "Mançester Siti” "Şalke”ni qəbul edib. İki komanda arasındakı ilk qarşılaşma almanların 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşsa da, "Şalke” rəqibinə başağrısı ola bilmişdi.

 

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Portu" (Portuqaliya) və "Ayaks" (Hollandiya) 1/4 finala çıxıb. 1/8 final mərhələsinə sabah keçiriləcək "Barselona" (İspaniya) - "Lion" (Fransa) və "Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) oyunları ilə yekun vurulacaq.

 

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

 

12 mart

00.00 Yuventus (İtaliya) - Atletiko (İspaniya)  3-0

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Turin, "Alyans Arena”.

 

00.00 Mançester Siti (İngiltərə) - Şalke 04 (Almaniya)  7-0

Baş hakim: Klemen Turpin (Fransa).

Mançester, "Ettihad Stadium”.


Digər xəbərlər

Xəbər xətti