Makqreqor 13 minə zaminə buraxıldı

17:02 12 Mart 2019

 ABŞ-ın Mayami şəhərində dələduzluq və xuliqanlıq maddələri ilə ittiham olunaraq saxlanılan irlandiyalı döyüşçü Konor Makqreqor azadlığa çıxıb.

 

Sportarena.az xəbər verir ki, o, Mayami-Deyd həbsxanasında təxminən 4 saat qaldıqdan sonra 12,5 min dollar müqabilində zaminə buraxılıb. 

 

Qeyd edək ki, Makreqorun fanatlarından biri hotelin yaxınlığında onun şəklini çəkmək istəyib. Lakin irlandiyalı idmançı fanatın əlindən telefonu alaraq qırıb və özü ilə aparıb.

 

Hadisə zamanı zərər görən şəxs İngiltərə vətəndaşı Əhməd Abdirzakdır. O, telefonunun dəyərinin min dollar olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti