Çempionlar Liqası: "Barselona" və "Liverpul" 1/4 finalda - YENİLƏNİB

02:00 14 Mart 2019

Bu gün keçiriləcək 2 oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, cavab görüşləri çərçivəsindəki qarşılaşmalar Münhen və Barselonada baş tutacaq.İlk qarşılaşmada qolsuz heç-heçə edən “Barselona” və “Lion” “Nou Kamp”da üz-üzə gələcək. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala adlamaq üçün qalib gəlməlidirlər.

 

Günün daha çox maraq kəsb edən matçında “Bavariya” “Liverpul”u qəbul edəcək. Almanlar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdı. "Liverpul"u isə 1/4 finala çıxmaq üçün istənilən hesablı bərabərlik də qane edir.

 

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
13 mart

 

00:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa)  5-1
Barselona. “Nou Kamp” stadionu. Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:0

00:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə)  1-3
Münhen. “Alyans Arena”. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0


Digər xəbərlər

Xəbər xətti