Zidan "Real"da ilk məşqinə çıxdı - FOTO

21:15 13 Mart 2019

"Real Madrid"ın baş məşqçisi Zinəddin Zidan komandaya qayıdışından sonra ilk məşqinə çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, ötən il gözlənilməz şəkildə “Real”dan ayrılan Zidan istefaya göndərilən Santyaqo Solarinin yerinə gətirilib. O, yenidən bu komandada çalışmaq üçün klubdan 350 milyon dollarlıq transfer büdcəsi tələb edib. Zidanın yeni müqavilə müddəti 2022-ci ilin iyununa qədərdir.

 

Fransalı mütəxəssis bundan əvvəl 2,5 il “Real”ın baş məşqçisi vəzifəsində çalışıb. O, bu müddət ərzində üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA superkuboku və klublararası dünya çempionatı, bir dəfə La Liqa və İspaniya Superkubokunun qalibi olub.



Digər xəbərlər

Xəbər xətti