7 qolluq dramatik oyun - “Sevilya” Avroliqa ilə vidalaşdı + VİDEO

11:20 15 Mart 2019

Avropa Liqasının 1/8 finalında sürpriz nəticə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, 5 qat qalibi “Sevilya” turnirlə vidalaşıb.İlk matçda “Slaviya” ilə 2:2 bərabərə oynayan İspaniya təmsilçisi, cavab matçının əsas hissəsində də eyni hesabla bərabərə qalıb. Belə olan halda 15 dəqiqəlik 2 əlavə hissə oynanılıb. “Sevilya” əlavə hissədə hesabda 3:2 önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “Slaviya” 2 qol vuraraq 4:3 hesablı qələbə qazanıb və rəqibini mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, “Sevilya” 2006, 2007, 2014, 2015 və 2016-cı illərdə Avropa Liqasının qalibi olub.

 

“Slaviya” (Çexiya) - “Sevilya” (İspaniya) - 4:3

Qollar: Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47 (2:1),  Əl Haddadi,  54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102 (3:3), Traore, 119 (4:3)

İlk oyun - 2:2

 

 


Digər xəbərlər

Xəbər xətti