“Amerika Kuboku 2020” iki ölkədə keçiriləcək

13:15 15 Mart 2019

 Argentina və Kolumbiya 2020-ci ildə keçiriləcək futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcək.

 

Sportarena.az xəbər verir ki, bu qərar Mayami şəhərində keçirilən Konfederasiya Şurasının iclasında qəbul edilib. Turnir 2020-ci ildə iyunun 12-dən iyulun 12-dək davam edəcək.

 

Qeyd edək ki, Amerika kuboku çempionatı 2020-ci ildən başlayaraq, Avropa çempionatı ilə eyni vaxta keçiriləcək.

 

Amerika kubokunun ən çox 15 dəfə Uruqvay milli komandası qazanıb.


Xəbər xətti