Maykl Essyen müqavilə imzaladı - "Səbail"də oynayan məşqçi olacaq

13:55 16 Mart 2019

Qanalı məşhur futbolçu Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb. 

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu paytaxt klubu ilə danışıqları yekunlaşdırıb. Anlaşmaya əsasən, futbolçu 2020-ci ilin yayına qədər ölkəmizdə çıxış edəcək. 

 

Həmkarlarımız iddia edir ki, Esyen "Səbail"də həmçinin U-19 komandasının köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Esyen karyerası ərzində Fransanın "Bastiya”, "Lion", İngiltərəinin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan” , Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarının formasını geyinib.



Xəbər xətti