Ansi Aqolli "Qarabağ"la belə vidalaşdı - FOTOLAR

14:17 16 Mart 2019

Xəbər verdiyimiz kimi, "Qarabağ”ın futbolçusu Ansi Aqolli ötən gün Topaz Premyer Liqanın 21-ci turunda "Səbail”lə oyunda Ağdam klubunda vida matçına çıxıb.

 

Klubun rəsmi saytına istinadən Aqollinin azarkeşlərlə vidalaşdığı anları əks etdirən şəkilləri təqdim edirik.

 

Qeyd edək ki, 36 yaşlı müdafiəçi 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın "Nyu-York Kosmos"  klubunda davam etdirəcək.



Xəbər xətti