“Qarabağ” III dövrənin ən yaxşısıdır

12:01 18 Mart 2019

Topaz Premyer Liqasında III dövrə başa çatıb. Mövsümün ikinci yarısının 7 turunda 28 qarşılaşma baş tutub. 

 

Sportarena.az xəbər verir ki, bu oyunlarda 52 top vurulub. 2019-cu ilin arxada qalan hissəsinin ən yaxşısı "Qarabağ” olub. 7 qarşılaşmada uduzmayan Ağdam klubu hesabına 15 xal yazıb. 

 

"Neftçi”, "Qəbələ” və "Zirə” 12 xal toplayıblar. Dövrədə qələbə qazanmayan yeganə komanda cəmi 2 xal yığan "Sumqayıt”dı.


Digər xəbərlər

Xəbər xətti