Amil Yunanovun 100-cü oyunu

12:20 18 Mart 2019

"Keşlə”nin futbolçusu Amil Yunanov Premyer Liqada 100-cü oyununu keçirib. 

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XXI turuna təsadüf edib.Komandasının 0:2 hesabı ilə uduzduğu görüş hücumçu üçün yubileylə əlamətdar olub. Ölkə çempionatında 2010/11 mövsümündə debüt edən Amil Premyer Liqada üç klubun şərəfini qoruyub. Yığmamızın üzvü "Qəbələ”də 7, "Sumqayıt”da 75, "Keşlə”də 18 matça çıxıb.

 

Yunanov 100 oyunda 34 qol vurub. Bunlardan biri "Qəbələ”, beşi "Keşlə”, digər 28-i "Sumqayıt”ın heyətində qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti