Yunanıstanda derbi matçı zamanı qalmaqal - Matç yarımçıq qaldı + VİDEO

15:44 18 Mart 2019

Futbol üzrə Yunanıstan Super Liqasının 25-ci turu çərçivəsində keçirilən “Panatinaikos” – “Olimpiakos” oyunu qalmaqalla yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, derbi qarşılaşması 70-ci dəqiqədə təxirə salınıb.Matçın dayandırılmasına azarkeşlərin tribunalarda müxtəlif olaylar çıxarması, həmçinin meydana daxil olması səbəb olub. Matç dayandıqdan sonra da yunan polisi və komandaların azarkeşləri arasında qalmaqal yaranıb. Polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Hər şey matçın 53-cü dəqiqəsində qonaq komandanın üzvü Migel Anxel Gerreronun vurduğu qoldan sonra başlayıb. Məhz həmin andan etibarən komandaların azarkeşləri arasında qarşıdurma yaranıb. Vəziyyətin daha da gərginləşdiyini görən qarşılaşmanın Almaniyadan olan baş hakimi Marko Frits futbolçuları paltardəyişmə otağına göndərmək məcburiyyətində qalıb.

 

 


Digər xəbərlər

Xəbər xətti