Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib - VİDEO

19:22 18 Mart 2019

AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə açıq Azərbaycan çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi yarışın ilk öncə açılış mərasimi keçirilib.Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Azərbaycan Pauerliftinq Federasiyasının (APF) prezidenti Ələddin Əliyev iştirak ediblər. Mərasimdə ilk olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov çıxış edərək bildirib ki, bu kompleksdə artıq bir neçə mötəbər yarış təşkil olunub. Tofiq Heydərov qeyd edib ki, ölkəmizdə aparılan uğurlu idman siyasəti sayəsində pauerliftinq də xeyli inkişaf edib. Pauerliftinqin inkişafı Olimpiya idman növü olan ağır atletikanın da inkişafına təkan verir. Bunun nəticəsidir ki, azərbaycanlı ağır atletlər Las Veqas şəhərində Las-Veqas şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında 5 bürünc və bir qızıl medal qazanıblar. Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə nitq söyləyib. O Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb, respublikamızda idmanın digər növləri kimi, ağır atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə çempionatların əhəmiyyətini vurğulayıb. AGİN-in şöbə müdiri, Olimpiya çempionu Fərid Mansurov da mərasimdə söz alaraq yarış iştirakçılarına uğurlar arzulayıb.

 

APF-nin prezidenti Ələddin Əliyev isə federasiyanın fəxri prezidenti Sevil Əliyevanın iştirakçılara təbrik məktubunu oxuyub.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra yarış açıq elan edilib.

 

Daha sonra Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Pauerliftinq Federasiyasının vitse-prezidenti Azər Əliyev, Zirvə Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Raqif Abbasova APF-ın təşəkkürnamələri ilə təltif olunublar.

 

Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında yüksək səviyyədə təmsil etmiş bir qrup idmançı da Azərbaycan Pauerliftinq Federasiyasının fəxri diplomları ilə təltif ediliblər. Həmçinin Azərbaycan Pauerliftinq Federasiyasının sertifikatları da bir neçə idman mütəxəssisinə təqdim edilib.

 

Bildirək ki,yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar. Qaliblər fəxri fərman və diplomlarla mükafatlandırılıb.

 

 


Digər xəbərlər

Xəbər xətti