Milli üzvü oynadı, qələbəyə sevindi

00:45 19 Mart 2019

Çexiyanın gənclər liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.Sözügedən kollektiv səfərdə "Dukla” (Praqa) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

 

"Slaviya”nın U-21 komandası hazırda 26 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti