Millimizin forvardını 3 Premyer Liqa klubu istəyir

10:51 19 Mart 2019

Rusiya Premyer Liqasında 20-ci tur arxada qalıb. 


Sportarena.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Anji” ilə qarşılaşıb.Bu oyun Şeydayev üçün əlamətdar olub. Belə ki, oyun günü 23 yaşını qeyd edən hücumçu qol vuraraq ikiqat sevinc yaşayıb.


“Krılya Sovetov”un 2:0 qalib gəldiyi görüşün 88-ci dəqiqəsində qazanılan penaltini vurmaq Şeydayevə həvalə edilib. O da əlinə düşən fürsətdən maksimum yararlanıb.


Son 3 turda 3 qol vuran millimizin forvardı, beləliklə, bir neçə klubun diqqətini çəkib. “Ural”, Tula “Arsenal”ı və “Axmat”ın maraq dairəsinə düşüb.


Digər xəbərlər

Xəbər xətti