İranda polis 2 soydaşımızı geyimə görə stadiona buraxmadı - VİDEO

11:15 19 Mart 2019

İran polisi “Traktorsazi” - “Pədidə” qarşılaşmasını izləməyə gələn 2 güneyli milli-mədəni fəalın stadiona daxil olmasına icazə verməyib.

 

Sportarena.az xəbər verir ki,Davud Әzimzadә vә Sәid Minayinin stadiona buraxılmamasına səbəb onların oyuna milli geyimdə gəlmələri olub.

 

Fəallar polis əməkdaşı ilə mübahisə etdikləri zaman “Siz bizim milli geyimlərimizdən yox, özümüzdən qorxun!” deyiblər.

 

Hər iki fəal oyunu izləyə bilmək üçün milli geyimləri soyunmaq məcburiyyətində qalıblar.

 

 


Xəbər xətti