"Qarabağ"da istirahət yekunlaşdı

17:30 19 Mart 2019

Premyer Liqada məlum səbəbdən yaranan fasilə zamanı qısa istirahət imkanı qazanan "Qarabağ”ın futbolçuları bu gün mini-tətili başa vurub.

 

Sportarena.az xəbər verir ki, "köhlən atlar” 22-ci tur çərçivəsində "Sumqayıt”la keçirəcəkləri görüşün hazırlığına start verib.

 

Qurban Qurbanov yetirmələrini yoxlama oyununda da sınayacaq. Ağdamlıların martın 24-də "Zirə” ilə üz-üzə gələcəyi dəqiqləşsə də, oyunun keçiriləcəyi məkan hələ müəyyənləşməyib.


Digər xəbərlər

Xəbər xətti