Ronaldo saç əkim klinikası açdı

01:50 21 Mart 2019

Hazırda İtaliyanın “Yuventus” klubunun formasını geyinən Kriştianu Ronaldo İspaniyaya yatırım edib.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ronaldo Portuqaliyada 10-dan çox klinikası olan şirkətin səhmlərinin 50 faizini alıb. O, ilk olaraq İspaniyada saç əkimi filialını açıb. O, açıqlamasında keçəlliyin dünyada böyük problem olduğunu bildirib: 

 

“İnsanların özlərinə olan güvənlərini qazanmalarına və saç əkdirməkdən çəkinməməyə kömək etmək istəyirəm. Hər kəs xarici görünüşünə önəm verir, mən də buna ən çox diqqət edən kişilərdən biriyəm. Buna görə də mənə bu təklif edildiyində əla fikir olduğunu düşündüm”.

 

Ronaldonun klinikasında saç əkdirməyin qiyməti 8-15 min manat arası dəyişəcək.


Xəbər xətti