Ronaldonun “təcavüz işi” “Yuventus”un planlarını pozdu

01:29 22 Mart 2019

Portuqaliyalı hücumçu Kriştianu Ronaldoya qarşı qaldırılmış “cinsi təcavüz” ittihamı fonunda “Yuventus” ABŞ-da keçiriləcək (2019-cu ilin yay aylarında) beynəlxalq turnirə dəvət almayıb.

 

Sportarena.az xəbər verir ki, turnirin təşkilatçıları 34 yaşlı portuqaliyalı forvardın Amerika polisi tərəfindən həbs olunacağından ehtiyat edir. Hazırda ABŞ-da Ketrin Mayorqi adlı qadının şikayəti əsasında Ronaldoya qarşı zorlama ilə bağlı istintaq aparılır.

 

Buna görə, “Qoca sinyora” cari “Seria A” mövsümünün başa çatmasından sonra beynəlxalq turnirlərdən yalnız Asiyada keçiriləcək Beynəlxalq Çempionlar Kuboku matçlarında iştirak edə biləcək. Orada “Yuventus”un İngiltərə çempionatının təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted”lə üz-üzə gələcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti