Kamil Zeynallı həbsdən çıxdı - FOTOFAKT

Sportarena.az      22 Mart 2018, 12:23

İdmançı Kamil Zeynallı azadlığa çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkədə video paylaşaraq məlumat verib:

 

"Çox şükür, hər şey yaxşıdır. Bu gün saat 17:00-da məni buraxdılar. Hamıdan razıyam. Səhvimiz var idi, cəzamızı çəkdik, gəldik. 10 gün nədir ki? Camaat illərlə həbs yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Başda rəisimiz Ramin müəllim olmaqla, bütün işçilərdən çox razıyam. Hamıyla necə davranırdılarsa, mənimlə də o cür davranırdılar. İnsan getdiyi yerdə özünü necə aparırsa, onunla o cür də rəftar edirlər. Hamıya təşəkkürümü bildirirəm".

 

Xatırladaq ki, Kamil  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası almışdı. İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin